Milli Kitabxana “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlayıb

MƏDƏNİYYƏT
29 İyun
12:36

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlayıb.

Kitabxanadan verilən məlumata görə, sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri əhalisinin XVIII-XIX əsrlərdə istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntülər və qısa tarix öz əksini tapır.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm linkindən istifadə edə bilərlər.

MƏDƏNİYYƏT bölməsi