Teymur Əhmədov adına “AZNAR” QSC-nin investisiya qiymətli kağızlarının emitenti olan 2021-ci il üzrə İLLİK HESABATI

REKLAM VƏ ELAN
29 İyun
00:35

 

1. Emitentin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı, dövlət qeydiyyatının tarixi və nömrəsi

Teymur Əhmədov adına “AZNAR” QSC

Qısaldılmış adı- “AZNAR” QSC

Qeydiyyata alındığı tarix- 09.10.2006

VÖEN- 6000083631

2. Emitentin hüquqi ünvanı və olduğu yer

AZ 2300, Azərbaycan, Göyçay şəhəri, Natəvan küçəsi 120.

3. Emitentin adında və təşkilati-hüquqi formasında dəyisikliklər olduqda, emitentin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qey­diyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı və təşkilati-hüquqi forması, emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları

olmayıb

4. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar

olmayıb

5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı və bu payın əldə edildiyi tarix, yaxud cəmiyyətin emitentin törəmə cəmiyyəti hesab olunması ücün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti

olmayıb

6. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı

iyirmi altı fiziki şəxs, bir yerli hüquqi şəxs

7. Emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan səhmdarlar (fiziki şəxsin soyadı, adı, atasının adı;

hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı

1. Əhmədov Fərhad Teymur oğlu, 99.961694 %, 74964929 ədəd adi, adlı, sənədsiz səhm, 149.929.858 manat.

8. Emitentin nizamnamə kapitalında payı on faizdən az olmayan hüquqi səxslər (hüquqi səxsin adı, olduğu yer, VÖEN-i və nizamnamə kapitalında emitentin payı)

yoxdur

9. Səhmdar cəmiyyət olan emitentin səhm sahiblərinin rey­estri qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən aparıldığı halda reyestrsaxlayıcı haqqında məlumat (adı, yerləşdiyi ünvanı və qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət) və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd

Milli Depozit Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti

Lisenziya- Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi № 110, 12.02.2010

Ünvan- Bakı şəhəri, Bülbül prospekti 27.

10. Səhmdar cəmiyyət olan emitentin səhmdarlarının hesabat ili ərzində keçirilmiş yığıncaqları haqqında məlumat

10.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvan)

10.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar barədə məlumat.

27.05.2022, Göyçay şəhəri, Natəvan küçəsi 120.

27.05.2022-ci il tarixli protokol

Teymur Əhmədov adına “AZNAR” QSC-nin 2021-ci il üçün illik və maliyyə hesabatı təsdiq edilmişdir.

Teymur Əhmədov adına “AZNAR” QSC-nin 2021-ci il ərzində fəaliyyəti nəticəsində əldə olunmuş 75.93920 manat məbləğdə xalis mənfəətdən 28 726 manat məbləğində dividend elan edilməsi qərara alınmışdır. Teymur Əhmədov adına “AZNAR” QSC-nin səhmdarlarının mülkiyyətində olan səhmlərin sayını nəzərə alaraq dividendlərin verilməsi 26 nəfər minoritar səhmdarın mülkiyyətində olan 28 726 ədəd səhmlərin faiz nisbətinə mütənasib qaydada hər səhmə 1 manat olmaqla bölüşdürülməsi və xalis mənfəətin qalan hissəsinin müəssisənin strateji inkişafına sərf edilməsi qərara alınmışdır.

Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi qərara alınmış, cəmiyyətin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin və yeni redaksiyada nizamnamənin dövlət qeydiyyatına alınmasının təmin edilməsi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etmək icra orqanına həvalə olunmuşdur.

Cəmiyyətin restrukturizasiyasına razılıq verilmiş, onun və törəmə müəssisələrinin əmlakı bazasında, o cümlədən “Aznar” QSC-dən ayrılma şəklində yeni təsərrüfat subyektləri yaradılması qərara alınmışdır. Bu qərarın icrası ilə bağlı bütün zəruri hərəkətlərin yerinə yetirilməsi direktorlar şurasına həvalə edilmişdir.

Cəmiyyətin icra orqanına qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitəsi ilə cəmiyyətin illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməyi, o cümlədən müvafiq icra hakimiyyəti orqanında illik hesabatın və məlumatın verilməsi həvalə edilmişdir.

11. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investi­siya qiymətli kağızların hər buraxılışı və əlavə buraxılışı üzrə ayrı-ayrılıqda göstərilir)

11.1. İnvestisiya qiymətli kağızın növü və forması

11.2. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qey­diyyat tarixi

11.3. İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri

11.4. İnvestisiya qiymətli kağızlar buraxılışının (əlavə buraxılışının) məcmu nominal dəyəri

Adi, sənədsiz, adlı səhm

AZ1001007280 nömrəli 23 iyul 2021-ci il tarixli 59 997 692 (əlli doqquz milyon doqquz yüz doxsan yeddi min altı yüz doxsan iki) ədəd, nominal dəyəri 2 (iki) manat, məcmu dəyəri 119 939 274.00 manat

11.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir)

21045 manat məbləğində divi­dend ödənilmişdir

11.6. Faizli istiqraz­lar buraxılışı haqqında məlumatda- istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi

olmayıb

11.7. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda)

12. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar

12.1. Əqdin məbləği

12.2. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi

olmayıb

13. Sadələşdirilmiş vergi ödəyicisi olan kiçik sahibkarlıq subyektləri istisna olmaq­la, hesabat ili üzrə maliyyə hesabatları (mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, qiymətli kağızları kütləvi təklif üsulu ilə yerləşdirilmiş və ya fond birjasının kotirovka vərəqələrinə daxil edilmiş emitentlər, habelə səhmdar investisiya fondları üçün isə əlavə olaraq kapitalda dəyişikliklər haqqında hesa­bat, pul vasitələrinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər)

hesabata əlavə olunur

15. Maliyyə hesabatlarının yoxlanılması haqqında kənar auditor rəyi

hesabata əlavə olunur

16. İllik hesabatın təsdiq edil­diyi ümumi yığıncağın tarixi

27 may 2022-ci il

17. İllik hesabatın açıqlanma mənbəyi haqqında məlumat

“Xalq qəzeti”

 

REKLAM VƏ ELAN bölməsi
11 Avqust
00:04
Elan