Ölkəmizdə ilk dəfə Milli Qurama Festivalı keçiriləcək
MƏDƏNİYYƏT
28 İyun
16:53

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Milli Qurama Festivalı keçiriləcək.
Qoruq idarəsindən verilən məlumata görə, festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.
Tədbirdə, həmçinin qurama ilə bağlı şer və ya bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.
Festival iyulun 7-dən avqustun 7-dək Bakının bir neçə məkanında gerçəkləşəcək.
MƏDƏNİYYƏT bölməsi
13 Avqust
22:57

Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılmasına həsr olunan yeni sənədli film hazırlanır
13 Avqust
12:48

Mədəniyyət nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
12 Avqust
21:01

Prezident İlham Əliyev: Basqal qəsəbəsinin tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır
12 Avqust
19:39

Azərbaycan Prezidenti: “Diri Baba” türbəsi unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir