Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

MƏKTUBLAR
10 İyun
19:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Türkmənistan və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ötən illər ərzində ölkələrimiz arasında mənəvi-mədəni dəyərlərin birliyinə, həmçinin hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq əlaqələri, o cümlədən qarşılıqlı faydalı tərəfdaşlıq layiqincə inkişaf edir, davamlı olaraq genişlənir.

Hazırda Türkmənistan və Azərbaycan Respublikası siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə müvəffəqiyyətlə əməkdaşlıq edirlər.

Zamanın sınağından keçmiş faydalı əməkdaşlığın möhkəmlənməsi və inkişafı üçün bundan sonra da lazımi səyləri göstərməyə hazır olduğumuzu təsdiq edirik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Dərin hörmətlə,

 

Sərdar Berdiməhəmmədov

Türkmənistanın Prezidenti

MƏKTUBLAR bölməsi