Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

MƏKTUBLAR
8 İyun
19:01

Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün 104-cü ildö­nümü münasibətilə Laos xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq gələcək illərdə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Zati-alinizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, Azərbaycan xalqına isə xoşbəxtlik və fira­vanlıq diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Thonqlun SISULIT

Laos Xalq Demokratik Respublikasının Prezidenti

MƏKTUBLAR bölməsi