Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

MƏKTUBLAR
7 İyun
17:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Culius Maada Bio

Syerra-Leone Respublikasının Prezidenti

MƏKTUBLAR bölməsi