Paraqvay Respublikasının Prezidenti Mario Abdo Benitezdən

MƏKTUBLAR
7 İyun
16:17

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Paraqvay hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər möhkəmlənəcək və bu, gələcəkdə qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da inkişaf etməsinə şərait yaradacaqdır.

Fürsətdən istifadə edərək, bir daha Azərbaycan xalqına və hökumətinə təbriklərimi, Zati-alinizə isə ən yüksək hörmət və ehtiramımı çatdırıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.

Hörmətlə,

 

Mario Abdo Benitez

Paraqvay Respublikasının Prezidenti

MƏKTUBLAR bölməsi