Rusiya neftinə embarqo qoyulması Avropa müəssisələrini çətin vəziyyətə salıb

XARİCİ XƏBƏRLƏR
4 İyun
07:53

Londonun “İCE” (“Inter Continental Exchange Futures”) Birjasının məlumatına görə, “Brent” mar­kalı neftin qiyməti 0,27 faiz azalaraq bir bareli 117,29 dollar olub. “NYMEX” (“ New York Mercantile Exchan­ge”) Birjasının məlumatına görə, Texas sortu adlan­dırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,44 faiz azalaraq bir bareli 116,36, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,12 faiz azalaraq bir bareli 125,35 dollar olub.

ABŞ və Avropa İttifaqı dövlətlərinin Rusiya neftinə embarqo qoymaları Slovakiyanın “Slovnaft” neftayırma zavodunu çətin vəziyyətə salıb. Bu müəssisə Mərkəzi Avropada ən böyük istehsalat sahəsidir. Zavodun əməkdaşı Anton Molnar bildirib ki, müəssisə hər il 5,5 milyon ton neft məhsulları istehsal edərək, həm daxili bazarı, həm də xarici bazarı tənzimləyirdi. Buradakı neft məhsulları Polşaya, Avstriyaya, Çexiyaya ixrac edilirdi.

A.Molnar belə hesab edir ki, Qərbin Rusiya neftinə embar­qo qoyması nəticəsində istehsal azalacaq və Məkəzi Avropa regionlarına məhsul ixrac edilməyəcək. İstehsal edilən məhsul yalnız daxili bazarı tənzimləyəcək.

Macarıstanın “MOL” neftayırma zavodunun direktoru Jolt Ernadi bildirib ki, istehsalın səmərəsi 20-30 faiz aşağı düşəcək. İxrac azalacaq.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi