Cənubi Koreya vaksin olunmayan xaricilər üçün karantini ləğv edir

XARİCİ XƏBƏRLƏR
4 İyun
07:52

Cənubi Koreya hökuməti COVID-19 virusuna qarşı vaksin olunmayan xarici vətəndaşlar üçün 7 günlük karantini ləğv edir. “Younhap”ın məlumatına görə, bu barədə ölkənin Baş naziri Han Dok Su bəyan edib. Qərar iyunun 8-dən qüvvəyə minir. Həmin gündən Seulun “İnchok” aeroportunda da məhdudiyyətlər ləğv edilir. Ölkəyə gələnlər üç gün ərzində testdən keçməlidirlər.

Qeyd edək ki, son sutka ərzində Cənubi Koreyada 12,5 min nəfər koronavirus infeksiyasına yoluxub, 160 nəfər xəstəxanaya yerləşdirilib, 17 nəfər vəfat edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi