Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

MƏKTUBLAR
3 İyun
15:19

Zati-aliləri!

Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqla­rımız arasında mövcud olan sıx əlaqələrin bundan sonra da inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı tərəqqi və rifah diləyirəm.

Dərin hörmətlə,

Nəvaf əl-Əhməd əl-Cabir əl-SABAH

Küveyt Dövlətinin Əmiri

MƏKTUBLAR bölməsi