Polşa Ukrayna qaçqınlarına verilən yardımı kəsəcək

XARİCİ XƏBƏRLƏR
3 İyun
07:34

Polşanın daxili işlər nazirinin müavini Pavel Şefernaker bəyan edib ki, ukraynalı qaçqınlara verilən yardım iyul ayının 1-dən kəsiləcək.

O, əlavə edib ki, fevralın 24-dən Ukraynadan Polşaya gələn hamilə və çoxuşaqlı qadınlara, əlillərə sutkada 40 zlot (təxminən 9,5 dollar) ödənilir.

P. Şefernakerin sözlərinə görə, ukraynalı qaç­qınların əksəriyyəti əmək qabiliyyətlidirlər. İşləyib öz ailələrini saxlaya bilərlər.

Polşa hökumətinin məlumatına görə, fevralın 24-dən indiyə qədər Ukraynadan Polşaya 3,57 milyon qaçqın gəlib. Ukraynadan gələn qaçqınla­rın 2 milyonu Polşada qalmaq istəyir.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi