Yunanıstanın Ukraynaya tank göndərməsi nəzərdə tutulur

XARİCİ XƏBƏRLƏR
2 İyun
09:02

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Almaniya və Yunanıstan “dairəvi mübadilə” çərçivəsində rəsmi Afina tərəfindən Ukraynaya sovet tanklarının tədarükü barədə razılığa gəlib.

 

Bu barədə Almaniya kansleri Olaf Şolts Avropa İttifaqının növbədənkənar sammitindən sonra keçirilən mətbuat konfransında bil­dirib. O.Şolts deyib: “Bizim etdiyimiz şey Ukraynanı müdafiə mübarizəsində dəstəkləməkdir. Biz bunu edirdik və bundan sonra da edəcəyik. Buraya Varşava Müqaviləsi dönəmindən ehtiyatlarında tanklar olan ölkələri dəstəkləməyimiz də daxildir. Biz artıq bir sıra belə xüsusi müqavilələr hazırlaya bilmişik. Məsələn, Yunanıs­tanı Almaniya istehsalı olan zirehli nəqliyyat vasitələri ilə təmin edəcəyik”.

Onun sözlərinə görə, iki ölkənin müdafiə nazirlikləri belə razılaşmanın konkret üsulları üzərində işləyirlər. Kansler, eyni zamanda, Pol­şa tərəfi ilə də analoji sazişi müzakirə etdiyini bildirib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi