Xarici xəbərlər

XARİCİ XƏBƏRLƏR
2 İyun
07:59

Rekord istilər

Türkiyənin İstanbul şəhərində ötən ay rekord istilər qeydə alınıb. Bildirilir ki, mayın 29-da şəhərdə havanın tem­peraturu 34,3 dərəcə olub. Bundan əvvəl 1994-cü ilin mayında İstanbulda 33,5 dərəcə temperatur qeydə alınıb. Ümumiyyətlə, mayın 29-da qeydə alınmış temperatur rekordu 1927-ci ildən bəri ən yüksək göstərici olub.

Xəbəri “Anadolu” verib.

Ukrayna

Yeni raketlər gəlir

Ukrayna ordusu yeni raketlərlə təchiz ediləcək. ABŞ Ukraynaya 60 kilometr mənzilli idarə olunan raketlər verib. Məlumata görə, söhbət “M31 GMLRS” raketlərindən gedir. Bu tip döyüş sursatları 155 millimetrlik M-777 haubitsa­larından iki dəfə uzundur. ABŞ bununla Ukrayna qoşun­larının döyüş qabiliyyətini gücləndirmək niyyətindədir. Raketlər Ukraynaya gələn həftə gətiriləcək.

Xəbəri “Defenc News” verib.

İtaliya

İnflyasiya artır

İtaliya Milli Statistika İnstitutunun məlumatına görə, bu il ölkədə illik inflyasiya göstəricisi son 36 ilin ən yüksək səviyyəsinə yüksəlib. Bildirilib ki, buna dünyada enerji qiymətlərinin artması təsir edib. Ekspertlər bu tendensiya­nın davam etdiyini bildirirlər. Qeyd olunur ki, may ayında ölkədə inflyasiya 6,9 faiz səviyyəsində olub. Bu, 1986-cı ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir. Mayda aylıq inflyasiya göstəricisi isə 0,9 faiz artıb.

Xəbəri “Euronews” verib.

İspaniya

Yeni baş məşqçi

“Espanyol” klubuna yeni baş məşqçi təyin olunub. Məlumata görə, bundan sonra La Liqa təmsilçisini Dieqo Martinez çalışdıracaq. 41 yaşlı mütəxəssislə 2024-cü ilin iyununadək müqavilə imzalanıb. Qeyd edək ki, Martinezin son iş yeri 2018–2021-ci illərdə çalışdırdığı “Qranada” olub.

Məlumat üçün deyək ki, 2021–2022-ci il mövsümündə “Espanyol” La Liqanı 14-cü pillədə başa vurub.

Xəbəri “Marca” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi