Tələbələrin sosial fəaliyyəti və inkişafı ilə bağlı təlim keçirilib

TƏHSİL
26 May
08:18

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən təlimin gündəliyinə ali təhsili başa vu­ran, lakin iş tapmaqda çətinlik çəkən məzunlar üçün təcrübə keçmə im­kanlarının təşkili, ictimai fəallıqlarının artırılması, sosial fəaliyyətlərinin inkişaf etdirilməsi, savadlı, bacarıqlı gənclərin üzə çıxarılması və s. daxil edilib.

Tədbir zamanı təlimçilər “tələbə və hüquqları” və “tələbə və xidmət” mövzusuna aydınlıq gətirməklə bərabər, tələbələrin çoxsaylı sual­larını da cavablandırıblar. ATMU tələbələri tərəfindən maraqla qarşıla­nan təlimin moderatorları Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti Günel Gözəlova, “Müvəkkil Hüquq Mərkəzi”nin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov və BAMF-un Bakı Universitetləri üzrə tələbə koordinatoru, Proqram depar­tamentinin əməkdaşı Con Ayomide olub.

Qeyd edək ki, ATMU-da “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində keçirilən təlim univer­sitetin karyera və kommunikasiya şöbəsi tərəfindən təşkil olunub.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

TƏHSİL bölməsi