Litva XİN: Ukrayna müharibəyə son qoymaq üçün şərtləri özü müəyyən etməlidir

XARİCİ XƏBƏRLƏR
26 May
09:00

Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün şərtləri özü müəyyən etməlidir. Bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib. Bu barədə “UNİAN” agentliyi məlumat yayıb.

“Qərb liderləri Ukraynanın müharibəni bitirmək qərarına təsir edə bilməz. Mənə elə gəlir ki, bu, Ukraynaya təzyiqdir - ukraynalıları silahlarını yerə qoymağa və ya öz şərtləri olmadan hücumu dayandırmağa məcbur etməkdir. Ukrayna hakimiyyəti özü belə bir addıma gəlməlidir”, - litvalı nazir vurğulayıb.

Landsberqisin sözlərinə görə, Ukraynada müharibənin başa çatması üçün şərait yaradılmalıdır. Xatırladaq ki, Land­sberqis daha əvvəl deyib ki, Ukraynanın müttəfiqləri Rusiya­nın Qara dənizdəki limanların blokadasını aradan qaldırma­ğa kömək etmək üçün dəniz koalisiyası yaratmalıdırlar. Bu, ərzaq böhranının qarşısını alacaq.

Xatırladaq ki, bu il Rusiya fevralın 24-dən başlayaraq, Ukraynaya qarşı hücuma başlayıb və kəskin silahlı qarşıdur­ma hələ də davam edir. Hər iki tərəfdən on minlərlə hərbçi həlak olub. Ukraynada ölənlərin arasında dinc insanlar – uşaq, qoca və qadınlar da var. Savaşın nə vaxt başa çataca­ğı isə bəlli deyil.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi