Birləşmiş Ərəb Əmirliklərindən Avropaya neft nəqli başlanıb

XARİCİ XƏBƏRLƏR
26 May
08:13

“Bloomberg”in məlumatına görə, Fransanın “Total Ener­ges SA” neftqaz şirkətinə məxsus “Moscow Spirit” tankeri ilə Birləşmiş Ərəb Əmirliklərindən Avropaya 1 milyon barel neft ixrac edilib. “Qara qızıl” Qahirədən Niderlandın Rotterdam liman şəhərinə yola salınıb.

Avropa İttifaqına daxil olan dövlətlər Rusiya neft məhsullarından imti­na etdikdən sonra Birləşmiş Ərəb Əmirliklərindən neft almağa başlayıblar.

Qeyd edək ki, sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərindən Avropaya neft ixracı 2020-ci ilin may ayında olmuşdu.

Dünya bazarında isə “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londo­nun “İCE” (“ Inter Continental Exchan­ge Futures”) Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,22 faiz artaraq bir bareli 114,93 dollar olub. “NYMEX” ( New York Mercanti­le Exchange”) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,23 faiz artaraq bir bareli 111,12, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,2 faiz artaraq bir bareli 122,94 dollar olub.

Ekspertlər bildiriblər ki, Rusiya-Uk­rayna münaqişəsi davam etdikcə dünya bazarında “qara qızıl”ın qiyməti artmaq­da davam edəcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi