Rusiyada “meymun çiçəyi”nə qarşı peyvənd olmayacaq

XARİCİ XƏBƏRLƏR
26 May
08:13

“Meymun çiçəyi” riskinə görə Rusiyada sanitar-karantin rejimi gücləndirilib.

 

“İnterfaks”ın məlumatına görə, Rusi­yanın baş sanitar həkimi Anna Popova bildirib ki, Rusiyada “meymun çiçəyi”nə görə əhali peyvənd olunmayacaq. Çünki adamlarda immun sistemini bu qədər yükləmək olmaz. Hələlik ölkədə “meymun çiçəyi” aşkar edilməyib. Bu, o qədər də qorxulu xəstəlik deyil.

Qeyd edək ki, dünyanın 20 ölkəsində “meymun çiçəyi” yayılıb. Ən çox yolux­ma isə Portuqaliya, İspaniya və Britani­yada qeydə alınıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi