Yaponiya Şimali Koreyaya növbəti raket buraxılışı ilə bağlı etirazını bildirib

XARİCİ XƏBƏRLƏR
26 May
08:10

Yaponiya növbəti raket buraxılışları ilə bağlı Şimali Koreyaya etirazını bildirib və ABŞ Prezidentinin Tokioda QUAD liderlərinin sammitində iştirakından sonra atılan bu addımı birbaşa təxribat adlandırıb.

Yaponiyanın müdafiə naziri Nobuo Kisi jurnalistlərə açıqlamasında deyib: “Bu, Şimali Koreya tərəfindən açıq təxribatdır və qətiyyən qəbuledilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə etirazımızı bildirmişik”.

Nobuo Kisi əlavə edib ki, buraxılan 3 ballistik raketdən biri, təqribən, 300, digəri isə 750 kilometr məsafə qət edərək, Yapon dənizinin şərqində suya düşüb. Raketlər Yaponiyaya məxsus iqtisadi zonaya çatmayıb. Sınaqlar nəticəsində gəmilərə zərər dəyməsi barədə məlumat daxil olmayıb. Nazir üçüncü raketlə bağlı hələlik məlumatların toplandığını qeyd edib.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi