Vətən müharibəsi mövzusunda pyes müsabiqəsinin nəticəsi elan edilib

TƏHSİL
25 May
09:48

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Qarabağ – Vətən müharibəsi mövzusunda elan etdiyi “2783…” adlı pyes müsabiqəsi yekunlaşıb.

Teatrdan verilən məlumata görə, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin “Balaca kişilər” pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub.

Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq. Həmçinin müsabiqənin şərtlərinə görə əsər “Azərbaycan” dərgisində işıq üzü görəcək.

TƏHSİL bölməsi