Tokioda “Quad” lidelərinin sammiti başlayıb

Tokioda ABŞ, Hindistan, Yaponiya və Avstraliyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quad) liderlərinin sammiti başlayıb.
Sammitdə danışıqların əsas mövzuları regional təhlükəsizlik, dördtərəfli əməkdaşlığın dərinləşdirilməsi və açıq Hind–Sakit okean regionu konsepsiyasının həyata keçirilməsi olacaq. Sammit iştirakçıları Pekinin Şərqi Çin və Cənubi Çin dənizlərindəki hərəkətlərini, həmçinin Şimali Koreyanın raket proqramının aktivləşməsini də müzakirə etmək niyyətindədirlər.
"Quad" ölkələrinin lideləri, həmçinin, COVID-19, iqlim dəyişikliyi ilə mübarizə məsələlərini nəzərdən keçirəcək, regionda qeyri-qanuni balıq ovu ilə bağlı məlumat mübadiləsi təşəbbüsü ilə çıxış edəcək, kosmosda qarşılıqlı fəaliyyətin yeni formasını yaradılmasına dair fikir mübadiləsi aparacaqlar.
Hazırkı görüş "dördlüyün" ikinci əyani sammitidir, birincisi görüş 2021-ci ilin sentyabrında Vaşinqtonda keçirilib.
“Xalq qəzeti”