Jozep Borrel Brüsseldə keçirilmiş üçtərəfli görüşün yekunlarını alqışlayır

XARİCİ XƏBƏRLƏR
25 May
02:55

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş üçtərəfli görüşün yekunlarını alqışlayır.

Jozep Borrel özünün "Twitter" səhifəsində yazıb: "Dayanıqlı sülhə doğru hərəkətin dinamikasını dəstəkləyəcək konkret addımları görməyə ümid edirik. Avropa İttifaqı Cənubi Qafqazda sülhün qurulması üçün səylərdə fəal iştiraka davam edir".

Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi