İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 427 nəfər qeydiyyatdan keçib

TƏHSİL
24 May
12:08

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə iyunun 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat iyunun 8-i saat 23:59-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:35-dək olan məlumata görə, imtahan vermək üçün 427 (BA - 115, BB - 312) nəfər qeydiyyatdan keçib.

TƏHSİL bölməsi