Xarici ölkələrin dövlət və hökumət başçıları, görkəmli siyasətçilər 28 May – Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edirlər

MƏKTUBLAR
23 May
19:48

 

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Şefik CAFEROVIÇBosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri

***

Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan, dost Azərbaycan xalqına böyük tərəqqi və firavanlıq arzulamaqdan məmnunluq duyuram.

Dost xalqlarımızın mənafelərinə xidmət etmək üçün ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafı naminə səylərimizi davam etdirmək niyyətimizi bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Məhəmməd vələd əş-Şeyx əl-ĞƏZVANIMavritaniya İslam Respublikasının Prezidenti

***

Zati-aliləri!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza səmimi təbriklərimi yetirir, həmçinin davamlı sülh, tərəqqi və xoşbəxtlik diləyir, ən xoş arzularımı çatdırıram.

Sinqapur qlobal təhdidlərə qarşı kollektiv mübarizəmizi gücləndirmək üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək.

Hörmətlə,

Xanım Həlimə YAQUBSinqapur Respublikasının Prezidenti

***

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Kim Çen INKoreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri

Zati-aliləri!

Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Myanma İttifaqı Respublikasının xalqı adın­dan və şəxsən öz adımdan Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri birgə səylərimiz nəticəsində qarşıdakı illərdə daha da inkişaf edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

General Min Aung HLAINGMyanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri

***

Cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Qabon hökuməti, xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu əlamətdar bayramın yaratdığı xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı ifadə edir, dost Azərbaycan xalqına uğurlar diləyirəm.

Qabon ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində və yeni səviyyəyə yüksəldilməsində Sizinlə əməkdaşlıq etməyə hazır olduğumu bir daha bildirirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Ali Bonqo ONDIMBAQabon Respublikasının Prezidenti

***

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu gün Azərbaycan Respublikası millətlər birliyində xüsusi yer tutur. Ölkə xalqın rifah səviyyəsinin və beynəlxalq aləmdə nüfuzunun daim artmasına səy göstərərək uğurla inkişaf edir.

Bakının xarici siyasət vektoru ölkənin milli maraqlarına xidmət edir, daxili potensialını artırmağa və tərəqqi yolu ilə irəliləməsinə imkan yaradır.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, Təşkilatın gündəliyində du­ran məsələlərə maraq göstərmək və ŞƏT ilə dialoqda tərəfdaş qismində fəal iştirak etmək dövlətin statusunun yüksəlməsinə, həmçinin ŞƏT çərçivəsində bundan sonrakı səmərəli əməkdaşlığa zəruri şərait yaradacaq.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və bundan sonra da uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Can MINŞanxay Əməkdaşlıq Təşkilatının Baş katibi

MƏKTUBLAR bölməsi