Püstənin faydaları

XARİCİ XƏBƏRLƏR
23 May
22:37

Yüksək kalorili və yağlı məhsul olan püstə, ürək-damar sisteminin işini yaxşılaşdırır, metobolizm və maddələr mübadiləsini sürətləndirir. Bunu rusiyalı dietoloq Tatyana Razu­movskaya açıqlayıb. Onun sözlərinə görə, püstənin tərkibindəki əsas elementlərdən biri B7 və ya biotindir ki, bu da zülalları mənimsəməyə, yağları yandırmağa imkan verir, yəni maddələr mübadiləsində açardır. O deyib: “Əgər orqanizmdə biotin kifayət etmirsə, saç və dəri əziyyət çəkir, depressiv əhval-ruhiyyə yaranır, “pis” xolesterol qanda arta bilir”.

O, həmçinin püstənin tərkibində yüksək miqdarda kalium və maqneziumun qan damarlarını gücləndirməyə və ürək döyüntüsünü normallaşdırmağa kömək etdiyini vurğulayıb.

Məlumatı “Ria.ru” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi