İrihəcimli investisiya

XARİCİ XƏBƏRLƏR
23 May
22:37

“Hyundai Motor Group” şirkəti ABŞ-a daha 5 milyard dollar sərmayə qoyacaq.

Bunu şirkətin rəhbəri Çon Iy Son ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı bildirib. O deyib: “Mən şirkətimizin gələcəyi ilə bağlı əlavə investisiyalara diqqət çəkmək istəyirəm. Hyundai Motor Group” 2025-ci ilə qədər ABŞ-a əlavə 5 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu investisiyalar robototexnika, süni intellekt və sürücü­süz nəqliyyat vasitələrinin yaradılması kimi sahələrdə Cənubi Koreya korporasiyasının Amerika müəssisələri ilə əməkdaşlığını gücləndirəcək”.

Xəbəri “Autonews” yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi