Danimarkada “meymun çiçəyi”nə ilk yoluxma halı qeydə alınıb

XARİCİ XƏBƏRLƏR
23 May
20:43

Danimarkada “meymun çiçəyi”nə ilk yoluxma halı qeydə alınıb.

Beləliklə son bir həftə ərzində Avropanın bir neçə ölkəsinə, eləcə də ABŞ, Kanada və Avstraliyaya yayılan virus, artıq Danimarkada da qeydə alınıb.

Xəstəlik İspaniyanın Qran Kanariya adasında səfərdən qayıdan kişidə simptomların peyda olunması və müvafiq testlərin keçirilməsi nəticəsində tapılıb. Hazırda o, yüngül simptomlarla evdə təcrid olunub.

Hazırda Danimarka Xəstələrin Təhlükəsizliyi Agentliyi yoluxmuş şəxslə yaxın təmasda olanların da infeksiyaya yoluxub-yoluxmaması ilə bağlı araşdırma aparır.

Səhiyyə naziri Maqnus Çojnik mətbuata açıqlamasında deyib: "Səhiyyə orqanları Danimarkada bu infeksiyanın geniş yayılmasını gözləmir, lakin biz vəziyyətin pisləşdiyi halda mümkün qədər hazır olmaq üçün vəziyyəti izləyirik".

XARİCİ XƏBƏRLƏR bölməsi