Bərpasına başlanılan Şuşa Real Məktəbi belə olacaq - VİDEO

MƏDƏNİYYƏT
23 May
11:38

Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin necə görünəcəyi ilə bağlı video paylaşıb.

Bu barədə Nazirlikdən xəbər verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

"Xalq qəzeti" həmin videonu təqdim edir:

MƏDƏNİYYƏT bölməsi