Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Suqovuşan su anbarının 5,2 kilometr uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası” üçün AÇIQ TENDER ELAN EDİR

REKLAM VƏ ELAN
18 May
00:11

Satınalan təşkilatın adı - “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC.

Əlaqələndirici şəxs- Quliyev Emin Arif oğlu.

Satınalan təşkilatın ünvanı- Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti-69a.

Əlaqələndirici şəxsin E-mail: [email protected]

Əlaqə nömrəsi- (012) 431 08 64.

Satınalma predmetinin adı- “Suqovuşan” su anbarının 5,2 kilometr uzunluğunda magist­ral kanalla birlikdə təmiri və bərpası.

Ünvanı - Tərtər rayonu, Suqovuşan kəndi, “Suqovuşan” su anbarı.

İşlərin qısa təsviri-Həcmi 5,86 milyon kubmetr olan mövcud hidroqovşağın qurğular kompleksinə daxil olan torpaq bəndin, subura­xıcı-sutullayıcı qüllənin(qidalandırıcı qurğu ilə birlikdə), cəldaxıdanın, səth sutullayıcısının, L=5,2 kilometr suburaxma qabiliyyəti 70 m3/san olan Tərtər magistral kanalının, dəmir -beton dükerin və paylayıcı qurğunun təmir-bərpası, 1 mərtəbəli inzibati binanın -241,44 m2(20mx10,4m), 1 mərtəbəli təmir emalatxa­nasının -152,84 m2(13,2mx10m), 1 mərtəbəli gözətçi evinin -31,55 m2 (4,5mx4,5m), 140 m3 –luq su anbarının, nasosxananın -73,76 m2 və çirkab su quyusunun tikintisi.

İşlərin yerinə yetirilmə müddəti – 12 aydır.

Tender təkliflərinin qiymətləndirməsi meyarları -avans tələbi üzrə maksimal -10 bal, qiymət təklifi üzrə isə 90 bal müəyyənləşdirilmişdir.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim edə bilərlər.

İştirak haqqı- 4000 (dörd min manat) manatdır.

İddiaçılar aşağıda göstərilən hesaba müəyyən edilmiş iştirak haqqını ödədikdən sonra tenderin əsas şərtlər toplusunu əldə edə bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meli­orasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

VÖEN - 1300300711

H/h - AZ 10 IBAZ 380700194497 16100216

Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı

M/h- AZ03NABZ01350100000000002944

VÖEN- 9900001881,

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tender təklifi azı 30 bank günü qüvvətə olmalıdır. Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

2. Tender təklifi qiymətinin 1 faizi məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olma­lıdır (bank tərəfindən təqdim edilməlidir).

3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış (vergi xidməti tərəfindən təqdim edilməli, qey­diyyat tarixi cari rüb ərzində olmalıdır).

4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi zəruridir).

5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olma­sı zəruridir).

6. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (kom­mersiya və hüquqi şəxslərin Dövlət qeydiyyatı reyestrindən çıxarış, iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunması zəruridir);

7. Rekvizitlər (iddiaçının və ya bankın im­zası və möhürü ilə təsdiq edilməsi zəruridir).

8. Satınalma prosedurlarının başlanma­sından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müva­fiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Asan xidmət tərəfindən təqdim edilməli, qey­diyyat tarixi cari rüb ərzində olmalıdır).

9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (vergi xidməti tərəfindən təqdim edilməli, son rübü əhatə etməlidir).

10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır).

11. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları­nın, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması (iddiaçı tərəfindən təqdim edilməlidir).

12. İddiaçının mikro, kiçik və orta sahibkar­lıq subyektlərinin meyarlarına uyğun olması (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməlidir).

13. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müva­fiq lisenziyaya və ya icazəyə malik olması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməlidir).

İddiaçılar tenderdə iştirak üçün yuxarıda 3-cü və 13-cü sıralarda göstərilən sənədləri 10 iyun 2022-ci il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 7 (yeddi) bank günü qal­mış) təqdim etməlidirlər.

İxtisas göstəriciləri uyğun gələn iddia­çılar tender təklifi və bank təminatını isə 21 iyun 2022-ci il saat 17.00-a qədər (tender təkliflərinin açılışına 1 (bir) bank günü qalmış) möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə satınalan təşkilata təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22 iyun 2022-ci il saat 11.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi