Yaxta müsadirə olunub
XARİCİ XƏBƏRLƏR
6 May
23:09

ABŞ hökuməti rusiyalı oliqarx Süleyman Kərimova məxsus “Amadea” yaxtasını müsadirə edib. Bildirilir ki, 107 metrlik yaxtanın dəyəri 300 milyon dollar təşkil edir. Qeyd edək ki, lüks yaxta ABŞ Ədliyyə Departamentinin tələbi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən ələ keçirilib.
Xəbəri BBC verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi