Rusiya Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqdir

XARİCİ XƏBƏRLƏR
6 May
23:43

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev brifinq zamanı bildirib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək göstərməyə sadiqdir.

Aleksey Zaytsev deyib: "Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, ilk növbədə, 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarının bütün müddəalarının reallaşdırılması, o cümlədən, İrəvanla Bakı arasında sülh sazişinin imzalanması yolu ilə normallaşmaya fəal kömək göstərilməsinə sadiqik".

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi