ABŞ Ukraynaya humanitar yardımı artırır

XARİCİ XƏBƏRLƏR
6 May
23:02

ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 397 milyon dollar ayıracaq.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer Uk­raynaya yardım üçün donorlar konfransında deyib: “Bu gün mən Ukraynaya 397 milyon ABŞ dolları məbləğində əlavə humanitar yardımın ayrılmasını məmnuniyyətlə elan edirəm”.

Beləliklə, hərbi əməliyyatlar başla­nandan bəri ABŞ-ın Ukraynaya göstərdiyi ümumi humanitar yardım 690 milyon dollara çatıb.

Pauer qeyd edib ki, bu vəsait tərəfdaşlara Ukraynada dağıntı olan rayon­larda ərzaq yardımının sürətlə paylanması­na imkan verəcək, əhalinin tibbi xidmət və içməli suya olan tələbatını təmin edəcək.

USAİD administratoru deyib: “Birləşmiş Ştatlar Ukrayna xalqını dəstəkləməkdə davam edəcək. Ukrayna xalqı bizim bö­lüşdüyümüz dəyərlər – azadlıq və insan ləyaqətinə hörmət uğrunda mübarizə aparır”.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi