Fransa Hindistanın BMT Təhlükəsizlik Şurasına daimi üzv olmaq barədə müraciətini dəstəkləyir

XARİCİ XƏBƏRLƏR
6 May
00:54

Fransa Hindistanı mühüm strateji tərəfdaş hesab edir və onun BMT Təhlükəsizlik Şurasına daimi üzvü kimi daxil edilməsini dəstəkləyir.

Fransa prezidenti Emmanuel Makron və Hindistanın baş naziri Narendra Modinin birgə bəyantlarında bildirilir ki, Fransa Hin­distanın BMT Təhlükəsizlik Şurasına daimi üzvlük, eləcə də Nüvə Təchizatçıları Qru­puna üzvlük müraciətinə davamlı dəstəyini bir daha təsdiqləyir.

Bəyanatda, həmçinin təhlükəsizlik, ticarət, Hind–Sakit okean regionunda telekommunikasiya sahəsində birgə fəaliyyət göstərilməsinin əhəmiyyəti vurğu­lanır, müdafiə sferasında sıx əməkdaşlığın davam etdirilməsinə razılıq ifadə olunur. Bildirilir ki, Fransa Hindistanda milli istehsa­lın inkişafı proqramında fəal iştirak edəcək.

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi