Qeyri-adi heykəl
XARİCİ XƏBƏRLƏR
5 May
23:18

Hindistanda dünyanın ən böyük və qeyri-adi quş heykəli yaradılıb. Qadınların təhlükəsizliyinin və şərəfinin simvolu hesab edilən heykəlin uzunluğu 61, eni 46, hündürlüyü isə 21 metrdir. Əsərin müəllifi hindistanlı heykəltəraş Raciv Ançaldır. Heykəl dəniz səviyyəsindən 305 metr hündürlükdə yerləşir. O, 10 ilə ərsəyə gəlib. Qeyri-adi heykəlin içərisində eksklüziv texnoloji möcüzələri olan rəqəmsal muzey və quşun qanad hissəsində isə 6 proyeksiya teatrı var.
Xəbəri “The Hill” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi