“Lamborghini” elektromobilə keçir
XARİCİ XƏBƏRLƏR
5 May
23:27

İtaliyanın və dünyanın ən məşhur avtomobil brendlərindən olan “Lamborghini”nin Santa Aqata Bolonyezedəki zavodunda onun əsas rəqibi sayılan “Ferrari”nin avtomobili görünüb. Bildirilir ki, qırmızı rəngli “Ferrari” müəssisənin ərazisinə daxil olub. Məlumata görə, mütəxəssislər “Ferrari SF90” modelini yaxından tədqiq edir və onun bazasında “Lamborghini”nin analoji versiyasını hazırlayırlar.
Bildirilir ki, 2024-cü ilə qədər bütün “Lamborghini” modellərinin hibrid versiyaları olmalı, 2028-ci ilə qədər isə brend ilk elektromobilini təqdim etməlidir.
Xəbəri “Autonews” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi