Quraqlıq su qıtlığına səbəb olur
XARİCİ XƏBƏRLƏR
5 May
23:25

Çilidə uzun müddətdir ki, quraqlıq hökm sürür. Çili meteorologiya mərkəzi bu ilin ikinci rübündə də ölkədə yağıntının normadan az olacağını proqnozlaşdırıb. Qeyd edilir ki, yağıntının normadan az düşməsi əkinə yararlı sahələri suvarma suyu ilə təmin edən Maipo və Mapoço çaylarında suyun səviyyəsinin kəskin aşağı düşməsinə səbəb olur. Bundan başqa, şirin su qıtlığı əhalinin də su təchizatında ciddi problemlər yaradır.
Xəbəri “Bloomberg” verib.
Elçin ABBASOV, “Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi