BMT TŞ-nın Şimali Koreya üzrə yeni qətnaməsi hazırlanır
XARİCİ XƏBƏRLƏR
5 May
02:04

ABŞ BMT Təhlükəsizlik Şurasında Şimali Koreya ilə bağlı qətnamə üzərində işi gücləndirib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib ki, qətnamə raket sınaqlarına görə Pxenyana qarşı daha sərt sanksiyalar nəzərdə tutur. Son vaxtlar Şimali Koreya hakimiyyəti BMT Təhlükəsizlik Şurasının əvvəllər qəbul etdiyi qətnamələri dəfələrlə pozub.
Linda Tomas-Qrinfild deyib: “Ümid edirik ki, KXDR-in hərəkətlərini pisləməkdə Təhlükəsizlik Şurasının birliyinə nail ola bilərik”.
Qeyd edək ki, ABŞ hazırda BMT Təhlükəsizlik Şurasının sədridir.
“Xalq qəzeti”
XARİCİ XƏBƏRLƏR bölməsi