Köhnə versiya

Latest news

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti

“Azmelsutəsərrüfat” ASC üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması tədbirlərinin satın alınması üçün aşağıdakı lotlar üzrə

TENDER ELAN EDİR

Lot-1. “Azmelsutəsərrüfat” ASC üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (suların vahid məlumat bazasının yaradılması).

Lot-2. “Azmelsutəsərrüfat” ASC üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin ya­radılması (insan resursları, maliyyə-mühasibat üçotunda vahid elektron uçot bazasının yaradıl­ması və elektron sənəd dövriyyəsinin təşkili).

Lot-3. “Azmelsutəsərrüfat” ASC üzrə mərkəzləşdirilmiş elektron uçot sisteminin yaradılması (meliorasiya və su təsərrüfatı obyektlərinin elektron məlumat bazasının yara­dılması).

Satınalma predmeti üzrə verilmiş təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, malların təchizatı, xidmətlərin göstərilməsi, işlərin başa çatdırıl­ması müddətləri, ödəniş şərtləri və podratçının aidiyyəti işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Fariz Ağarzayev.

Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefonlar - 430-06-59; 431-08-64; Faks 430-79-57.

Maraqlananlar tenderin əsas şərtlər toplusu­nu almaq üçün elektron qaydada etender.gov.az saytında hər bir lot üçün 1000 manat (min manat ) məbləğdə vəsait ödədikdən sonra ala bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

VÖEN - 1300300711

H/h- AZ 10 IBAZ 380700194497 16100216

BANK-“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h- AZ03NABZ 01350100000000002944

VÖEN - 9900001881

Kod- 210005

SWIFT - IBAZAZ2Х (AZIPS-in üzvü)

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında arayış;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiqlənmiş maliyyə hesa­batının surəti;

- maliyyə vəziyyəti barədə bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə vergi orqanından arayış (yüklülük arayışı);

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkar­lıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış Dövlət Statistika Komitəsindən alınır (son dövr üçün);

- satınalma prosedurlarının başlanmasın­dan əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- tender təklifi (tender təklifi zərflərin açıl­dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində təqdim etməlidir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır.

İddiaçılar yuxarıda qeyd olunan sənədləri 7 oktyabr 2021-ci il saat 17.00-а qədər tender komissiyasına dövlət satınalmalarının va­hid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə 15 oktyabr 2021-ci il saat 17.00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet elektron portalında qəbul olunmayacaqdır.

Təklif zərfləri 18 oktyabr 2021-ci il saat 11.00-dа açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunu onlayn şəkildə izləyə bilərlər.

16 September 2021 00:39 - Ads and Announcements
Ads and Announcements

Köhnə versiyamızdan xəbərləri izlə