Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Şahbaz Şərifə

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, qardaş Pakistan İslam Respublikasının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2022-ci il

14 Aprel 2022 16:24 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə