Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin birinci rübündə Dövlət Miqrasiya Xidmətinə 28 mindən çox əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) 2022-ci ilin birinci rübü üzrə statistik məlumatları açıqlayıb.

DMX-dən bildiriblər ki, 2022-ci ilin I rübü ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 28 min 107 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 45 min 422 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 2 min 339 qərar qəbul edilib.

11 Aprel 2022 14:33 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə