Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brakonyerlər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Biləsuvar rayonu ərazisində icazəsiz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel olduğu müəyyən edilib. Onlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən  bəzgək quşları götürülüb və təbiətə buraxılıb. Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Masallı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.

30 Noyabr 2018 18:03 - EKOLOGİYA
EKOLOGİYA
17 May 2022 | 17:02
Sabahın HAVA PROQNOZU
16 May 2022 | 16:40
Sabahın HAVA PROQNOZU
14 May 2022 | 17:11
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə