Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Telefon qovşaqlarının adları dəyişdirilib

"Bakı Telefon Rabitəsi" MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda  Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.

Belə ki, Yasamal Telefon Qovşağı – 1 saylı, Xətai Telefon Qovşağı – 2 saylı, Nizami Telefon Qovşağı – 3 saylı, Sabunçu Telefon Qovşağı – 4 saylı, Xəzər Telefon Qovşağı – 5 saylı, Qaradağ Telefon Qovşağı – 6 saylı Rabitə Xidmətləri mərkəzləri kimi fəaliyyətlərini davam etdirir.

Məlumat üçün bildirək ki, "Bakı Telefon Rabitəsi" MMC-nin şəbəkəsində mövcud olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərilir, eyni zamanda sənədləşdirmə və ödənişlərin qəbulu həyata keçirilir.

Qeyd edək ki,  2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunaraq “Bakı Telefon Rabitəsi” MMC-yə çevrilib.

 

“Xalq qəzeti”

30 Noyabr 2018 17:21 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə