Ən son xəbərlər
Ölkədə arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılmış, habelə Azərbaycan Arıçılar Assosiasiyası təsis edilmişdir. Hazırda damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genofond arıxanaların yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili və s. istiqamətlərdə məqsədyönlü tədbirlər görülür. Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli artım müşahidə edilir.
Qubadlı rayonunda da arıçılığı inkişaf etdirmək məqsədi ilə son illərdə “Rayon Arıçıları” İctimai Birliyi bir sıra tədbirlər həyata keçirmişdir. Bunun nəticəsi olaraq arı ailələrinin sayının 5 min 200-ə yaxınlaşması onu deməyə əsas verir ki, bu sahə üzrə potensial var.
Arı ailələrinin sayının artırılması ilə yanaşı, məhsuldarlığının yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan arı məhsullarının mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də həyata keçirilməsi işinə artıq başlanmışdır. Bu məqsədlə güzəştli kreditlər alınaraq sakinlərimizin məskunlaşdığı yerlərdə yeni istehsal müəssisəsi yaradılmış ki, bu da onların işlə təmin olunması və arıçılığın potensial imkanlarının hərəkətə gətirilməsi deməkdir.
Arıçılığı inkişaf etdirmək məqsədilə “Qubadlı Arıçıları” İctimai Birliyi TİKA-nın (Türk İşbirliyi Kordinasiya Agentliyi) dəstəyi və Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhər Yaşıldərə yaşayışı massivində Arı məhsullarının qablaşdırılması müəssisənin açılış mərasimi keçirilmişdir.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA təşkilatının nümayəndəsi Teoman Tiryaki, ASAN ABAD-ın direktoru Rüfət Elçiyev, Kənd Təsərüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin mütəxəsisi Fəxrəddin Səmədov, rayonun idarə müəssisə rəhbərləri və arıçılıqla məşğul olan şəxslər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov açmış, sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral çıxış etmişdir. “Dağ Arıçıları” İctimai Birliyinin Sədri Yusif Quliyev müəssisənin fəaliyyəti barədə geniş məlumat verilib.
Sonda rayon arıçıları və tədbirdə iştirak edən qonaqlar müəssisənin istehsal etdiyi arı məhsullarının sərgisi ilə tanış olublar.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə