Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brakonyerlər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala Ovçuluq Təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Ceyhun Allahverdiyev, Rafiq Məmmədov və Neftçala rayon sakini Famil Mirzəyev olduğu müəyyən edilib. Onlardan qaşqaldaq quşları, ov silahları və taxta qayıq götürülüb.

Saatlı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Kamallı kənd sakini Nemət Mirzəzadə saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4125 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

28 Noyabr 2018 17:11 - EKOLOGİYA
EKOLOGİYA
17 May 2022 | 17:02
Sabahın HAVA PROQNOZU
16 May 2022 | 16:40
Sabahın HAVA PROQNOZU
14 May 2022 | 17:11
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə