Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru elmi ezamiyyətdə

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru  Məryəm Seyidbəyli  Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub.

S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialı tərəfindən təşkil edilən 39-cu beynəlxalq konfransda iştirak edən alim "Elmi qurumların əməkdaşları intellektual resursları birləşdirən element kimi" mövzusunda məruzəsini təqdim edib. O, AMEA və Rusiya Elmlər Akademiyasının elmi-tədqiqat müəssisələrinin birgə həyata keçirdiyi layihələr, imzalanmış ikitərəfli müqavilələr barədə məlumat verib.

science.gov.az saytının məlumatına görə, səfər çərçivəsində M.Seyidbəyli, həmçinin S.Vavilov adına Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun Sankt-Peterburq filialının direktoru, sosiologiya üzrə fəlsəfə doktoru Nadejda Aşeulova, rusiyalı alim, professor U.Baturin, o cümlədən Yaponiya, Ukrayna və Belarusdan olan görkəmli alimlərlə görüşüb. Görüşlərdə qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

28 Noyabr 2018 16:14 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə