Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəşəriyyətə qarşı tarixi cinayət

Azərbaycan tarixində şərəfli hadisələrin, qürur dolu səhifələrin sayı kifayət qədərdir. 1918-1920-ci illərdə Yaxın və Orta Şərqdə müsəlman və türk dünyasında ilk dəfə xalqımız tərəfindən qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti, 1991-ci ildə Sovet işğal rejiminin zəncirlərini boynumuzdan, biləklərimizdən qıraraq ondan qurtulmağımız, 1993-cü ildə Azərbaycan xalqının təkidi nəticəsində hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin idarəçiliyi ilə başlanan, Azərbaycana yenidən can verən 1993-2003-cü illər epoxası və o vaxtdan başlanan, indiyə qədər uğurla davam etdirilən İlham Əliyevin idarəçiliyi dönəmi..

Tariximizin hər bir şanlı səhifəsi təsadüf və ya kimlərinsə deyil. Təqvimin fəxarət dolu bu günləri illərlə xalq olaraq apardığımız əzablı, çətin, keşməkeşli milli mübarizəmizin, həmrəyliyimizin nəticəsidir. Tarixin bütün dövrlərində və şərtlərində üzləşdiyimiz reallıqları aydın dərk edən cənab Prezident İlham Əliyev keçmişimizə güzgü tutaraq bildirir ki, biz müharibəni əhəmiyyətsiz danı­şıqlarla yox, şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq.

XX yüzillikdə milli haqları uğrunda mübarizə aparan Azərbaycan xalqı, təəssüflər olsun ki, sevincli günlərlə bərabər bir çox faciələrlə də üzləşmişən ağır surətdə sınağa çəkilmişdir. Xalqımızın, əslində isə bütün bəşəriyyətin və insanlığın XX əsrdə qarşılaşdığı ən dəhşətli qırğınlardan biri də Xocalı soyqırımıdır.

Xocalının adı çəkiləndə gözlərimiz dolur... Xocalı sözündə rahatlıq, sakitlik, dinclik yoxdur, uğultu, ah-nalə var... Xocalıda körpələrin amansız qətli, qadın-qızlarımızın isməti, gəlinlərin yarımçıq sevgisi, kişilərimizin qeyrəti, bir sözlə, ən həssas yerimizə toxunan bütün ülvi hisslərimizin sınaq nöqtəsi var...

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları, rus hərbi birləşmələrinin 366-cı alayın müasir silahlarla təchiz olunmuşmuzdlularının genişmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi. Xocalı soyqırımı bilərəkdən törədilən, böyük oyunçuların “Parçala, hökm sür!” siyasətinin tərkib hissəsi, bütöv bir oyunun ən böyük daşının yerindən tərpədilməsi istiqamətində atılan amansız addım idi. Səbəb nə idi ki, Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra olundu? Xəstə, ağsaqqal, ağbirçəklərə, körpə, uşaq, qadın-qız demədən heçkəsə aman verilmədi, xalqımıza qarşı qan­sız şəkildə soyqırımı həyata keçirildi? Xocalı faciəsinin törədilməsinin kökündə dayanan amil xalqımızı qorxutmaq, mübarizə əzmimizi qır­maq, tarixi torpaqlarımızın bir qismi­nin itirilməsi ilə barışmağa məcbur edilmək dayanırdı.

Tarix boyu ermənilərin dənizdən-dənizə “böyük Ermənistan” ya­ratmaq xəyalları istiqamətində azərbaycanlılara məxsus olan torpaq­lara qarşı ərazi iddiaları irəli sürməsi qanlı toqquşmalara səbəb olmuşdur. Min bir zəhmətlə tikilən, abadlaşan Xocalı bir gecənin içərisində yandı­rılıb külə döndərilərdi. Dinc Xocalı sakinləri misli görünməmişbəlalara və qırğınlara düçar oldu. Bu qırğın zamanı bir çox ailələr bütünlüklə məhv edildi. Bu qansızlıq Xocalının qorunmasında cavabdeh olanla­rın və beynəlxalq aləmin maraq dairəsində belə olmadı. Belə ki, o dövrdə haqlı olduğumuz halda haqsız duruma məruz qoyulmuşduq, təbliğat maşınımızı da əleyhimizə işə salmışdılar. Məkirli oyunlarını sonu­na qədər həyata keçirmək istəyən qüvvələr haqq səsimizə səs vermək əvəzinə, Moskvanın və Ermənistanın dəyirmanına su tökürdülər. Nə səsimizi eşidən, nə də harayımıza yetən vardı. Əksinə, məlum oldu ki, Xocalının mühasirəyə alınaca­ğı da, işğal olunacağı da, əhaliyə divan tutulacağı da yaxşı məlum idi. Çünki hadisələrin gedişatı Dağlıq Qarabağda icra ediləcək məqsədlərə gedən yolun xəbərçisi idi...

Bu qətliama baxmayaraq, xal­qımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyüuğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayişetdirdi. Elə 44 günlük Vətən müharibəsinin gedi­şatında da gecə yatdıqları yerdə dinc sakinlərin gülləbaran edilməsi, Gəncə, Tərtər, Mingəçevir, Bərdə terrorunun törədilməsi də Xocalı­nın davamı idi... Zaman fərqlidir, məqsəd isə eynidir. Fərqli olan daha mühüm amil ondan ibarətdir ki, həm Azərbaycan xalqı öncəki xalq deyil, həm də dövlətimizin başında duran sərkərdə heçbir dövrün sərkərdəsi ilə müqayisə olunmayacaq qədər ağıllı, dərrakəli, soyuqqanlı, ən əsası isə xalqına canyandırandır... Bu dəfə xalqımız heçnəyə aman vermədi. Erməni diasporunun fəaliyyət göstərdiyi hər ölkədə hay-küy salaraq təbliğat şousu düzəltmələrinə də, erməniçilik ideologiyasının zəhər tu­luğu kimi bütün dünyaya yayılmasına da “dur!” dedi və bunu bacardı...

Biz tarixi gerçəklikləri unutmalı deyilik. Unutmamalı olduğumuzu Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə bildirdi. “Heydər Əliyevin istefasından iki həftə keçməmiş bir erməni millətçisi – Qorbaçovun müşaviri, onun sağ əli Aqanbekyan 1987-ci ildə Fransada olarkən Fransa qəzetinə müsahibə verərək demişdir ki, Dağlıq Qarabağ Ermənistana birləşməlidir. Heydər Əliyevin dövründə heçvaxt buna cürət edə bilməzdilər. Ona görə dünya erməniliyinin əsas hədəfi Heydər Əliyev idi. Çünki bilirdilər, o, nə qədər vəzifədədir, heçvaxt imkan verməz ki, erməni millətçiliyi baş qaldırsın.” Göründü­yü kimi, ermənilərin xalqımıza qarşı düşmənçiliyi sadəcə torpaq iddiası ilə kifayətlənməyib. Ermənilərin hər zaman azərbaycanlıların düşünən beyinlərinə qarşı təqibləri, sui-qəsd planları olub.

Bütün bu meyillərin qarşısı indi də böyük bir əzmkarlıqla alınır. “Xocalıya ədalət!” deyərək dünya­ya çəkdiyimiz harayın əks-sədası Gəncə Memorial Kompleksinin təməlinin qoyulması ilə davam etdi. Bu kompleks sanki indiki və gələcək nəsillər üçün Ermənistanın gərçək siması haqqında bir yaddaş kitabça­sıdırsa, həm də xarici dairələr üçün növbəti bir sübutdur ki, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş bütün norma və prinsiplərə riayət etdiyi halda, Ermənistanın hərbi cinayətlərini bir daha görsünlər. Tək Gəncə yox, bombalanan Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Naftala­nı da unutmalı deyilik. Bütün çirkli oyunlara, məqsədlərə baxmayaraq qəhrəman Azərbaycan xalqı, cəbhə bölgəsində yaşayan əhalimiz bir an belə öz evlərindən tərpənmədilər. Sanki müzəffər Ali Baş Komandanın yerlərdə olan mülki əsgərləri idilər, çünki öz evlərində əsgər kimi keşik çəkirdilər. Müharibə vaxtı da, ində də bütün Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın əsgəridir.

Biz Xocalı soyqırımının qisası­nı ala bildikmi? Soyqırımı (geno­sid) - ayrı-ayrı əhali qruplarının irqi, milli, yaxud dini mənsubiyyətinə görə məhv edilməsi aktıdır. İkinci Dünya müharibəsindən sonra baş vermiş Nürnberq Məhkəməsində insanlığa qarşı cinayətlər, xüsusən də təqib və qətl cinayətləri kontekstində “soyqırım”a istinad edilirdi. Lakin o dövrdə soyqırım Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsində (Nürn­berq Xartiyası) ayrıca cinayət kimi qeyd edilməmiş və hüquqi termin kimi deyil, təsviri mənada istifadə edilmiş­dir. İlk dəfə soyqırımın beynəlxalq hüquqa əsasən müstəqil cinayət kimi məcəllələşdirilməsi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1948-ci il Konvensiyasında olmuşdur.

Xocalı soyqırımını törədən canilərdən qisasımızı 44 günlük Vətən müharibəsində döyüş meyda­nında aldıq. Sarkisyan, Koçaryan kimi cəlladlar, murdar məxluqlar başlarını belə çıxarda bilmədilər, döyüş meyda­nına burunlarını belə soxa bilmədilər. Qeyrətli Azərbaycan oğulları qarşı­sında tab gətirə bilməyən, qorxudan tir-tir əsən, mənəvi-psixoloji sarsıntı keçirən Ermənistan ordusunda on mindən çox fərari qeydə alındı. Lakin bu. son demək deyil. Son yoxdur! Son odur ki, hər an ayıq-sayıq olma­lıyıq. Nə Ermənistana, nə də bölgədə və dünyada olan erməni faşizminə aman vermədik, bundan sonra da verməməliyik. Erməni faşizminin bü­tün təzahürlərini, sadəcə, ölkəmizdən deyil, regiondan, yer üzündən silmək üçün bütün resurslarımızı səfərbər etməliyik.

Azərbaycan xalqı həm tarixi ədaləti bərpa edir, həm insanlığa, bəşəriyyətə töhfə verərək, dini-mənəvi dəyərlərə sədaqət göstərir, tarixi binaları yenidən qurur, səliqə, nizam-intizam yaradır, səhralığa çevrilmiş torpaqları beynəlxalq mədəniyyət və turizm mərkəzinə çevirmək əzmi göstərir.

Azərbaycan vətəndaşları tezliklə dədə-baba torpaqlarına qayıdacaq­lar, bütün tarixi və əzəli torpaqları­mıza ayaqlarımız dəyəcək, oraları sahiblərinin nəfəsləri bürüyəcək. Şuşadan baxanda Xankəndi, Xocalı artıq görünür... Xocalı, artıq harayına ünümüz yetən diyardır.

Şəbnəm HƏSƏNOVA,

politoloq

27 Fevral 2022 00:56 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə