Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Stokholmda Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbirdə iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmda Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbirdə iştirak edib.

Stokholmun “Clarion Sign” hotelində baş tutan tədbirdə Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov, diasporumuzun fəal üzviləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov Xocalı soyqırımının dünya tarixinin ən qəddar qırğınlardan birini olduğunu vurğulayıb. Həmin günlər baş verən hadisələrə düzgün hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğulayan səfir ümummilli lider Heydər Əliyevin bu yolda atdığı addımlardan danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun İsveçdə həyata keçirdiyi layihələrdən söz açıb. Diasporumuzun xüsusilə Skandinaviya ölkələrində aktivliyinə toxunan sədr, qazanılan nəticələrə baxmayaraq, birgə amal uğrunda fəaliyyətin vacibliyini vurğulayıb.

30 il əvvəl Azərbaycanın Xocalı şəhərində baş verənlərə toxunan Fuad Muradov xalqımızın başına gətirilən müsibətlərə dünya birliyi tərəfindən biganəlik nümayiş olunduğunu məyusluq hissi ilə vurğulayıb. Bunu nəzərə alaraq, o xüsusi olaraq “Xocalıya ədalət!” kompaniyası çərçivəsində xalqımıza qarşı törədilən qanlı soyqırımların xaricdə tanıdılması üçün həyata keçirilən işdən danışıb.

26 Fevral 2022 23:38 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə