Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskvada Xocalı soyqırımının qurbanlarının xatirəsi anılıb

Azərbaycanın Rusiyadakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Səfirliyin binası önündə yaradılmış xatirə lövhəsində Xocalıda baş verən hadisələrlə bağlı fotoşəkillər təqdim olunub.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfərliyin binasındakı barelyefi önünə tər güllər qoyub.

Sonra mərasim iştirakçıları səfirliyin binasının qarşısında yaradılmış xatirə guşəsinin önünə güllər düzüb, Xocalı qurbanlarının xatirəsini yad ediblər.

Tədbirdə səfirliyin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, diaspor üzvləri iştirak ediblər.

26 Fevral 2022 20:19 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə