Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərakeş qəzeti: Xocalı faciəsi erməni şovinistlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsidir

Mərakeşin “Asvat” qəzetinin “magazineaswat.com” elektron nəşrində şərqşünas Həşim Məmmədovun Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş məqaləsi dərc edilib.

“Xocalı qan yaddaşımızdır!” sərlövhəli məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olduğu bildirilib.

Oxucuların diqqətə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə gecə saatlarında şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törədiblər.

Xocalı soyqırımı haqqında ətraflı məlumat verən şərqşünas qeyd edib ki, bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəş nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub.

Bildirilib ki, qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başlayıb. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürülüb, 50 min nəfərdən çox insan yaralanıb və əlil olub, ölkəmizin ərazisinin 20 faizi işğal edilib. Xalqımız misli görünməyən humanitar fəlakətlə üz-üzə qalıb.

Yazıda qeyd olunub ki, erməni şovinist dairələrinin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

26 Fevral 2022 19:46 - XOCALI
XOCALI

Köhnə versiyamızdan xəbərləri izlə