Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalı soyqırımı – 30” adlı videokonfrans keçirilib

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – 30” adlı videokonfrans və Səkinə Turabqızının “Xocalı ağrısı: (tarixi esselər)” adlı kitabının onlayn təqdimatı keçirilib.

Onlayn videokonfransı gi­riş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliamdır. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib. XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, bəşəriyyətin qanını donduran soyqırımın baş verməsi ağlasığmazdır. Prezident, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 gün­lük müharibə nəticəsində Xocalı rayonunun da 9 kəndi – Qarabulaq, Moşx­maat, Dəmirçilər, Çanaq­çı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı işğaldan azad olunub. İnanı­rıq ki, yaxın zamanda Xocalı tam azad olunacaq, orada quruculuq işləri görüləcək.

K.Tahirov daha sonra bildirib ki, Xocalı faciəsi haq­qında çoxsaylı kitablar nəşr olunub. SəkinəTurabqızının bu gün onlayn təqdimatını keçirdiyimiz “Xocalı ağ­rısı: (tarixi esselər)” adlı kitabı da belə əhəmiyyətli nəşrlərdəndir.

Onlayn konfransın da­vamında Milli Kitabxananın direktor müavini Ədibə İsma­yılova çıxış edərək bildirib ki, Xocalı faciəsi bizim XX əsr tariximizin ən fəlakətli, ən dəhşətli, ən acınacaq­lı səhifəsidir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Milli Kitabxana hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, eləcə də kitab təqdimatları keçi­rir. Bu il də Milli Kitabxana olaraq Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib. O, konfrans iştirakçılarına Milli Kitabxana­nın əməkdaşları tərəfindən hazırlanan “Xocalı soyqırımı – 30” virtual sərgilər barədə məlumat verib.

Tədbirin sonunda “Xocalı ağrısı: (tarixi esselər)” kita­bının müəllifi , Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Səkinə Turabqızı çıxış edərək belə tədbiri təşkil etdiyinə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

25 Fevral 2022 05:28 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
13 Avqust 2022 | 09:00
Səsin sehri

Köhnə versiyamızdan xəbərləri izlə