Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin edilir və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir. Tapşırıqların icrası ilə bağlı komandirlər tərəfindən qəbul edilmiş qərarlarla bağlı məruzələri dinlənilir.

Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Komanda-qərargah təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

24 Fevral 2022 14:07 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə